​Avropa Mərkəzi Bankı 2011-ci ildən bəri ilk dəfə baza dərəcəsini artırıb

​Avropa Mərkəzi Bankı 2011-ci ildən bəri ilk dəfə baza
18:45 21.07.2022
A- A+

Avropa Mərkəzi Bankı (AMB) 2011-ci ildən bəri ilk dəfə olaraq baza dərəcəsini kəskin artırıb.

Bu barədə  SÜLH.İNFO.az xarici mətbuata istinadən xəbər verir.

Tənzimləyici faiz dərəcəsini 50 faiz bəndi artıraraq 0,5 %-ə çatdırıb.

Qeyd edilib ki, İdarəetmə Şurası AMB-nin üç əsas faiz dərəcəsini 50 faiz bəndi artırmağa qərar verib: “2022-ci ilin iyulun 27-dən əsas yenidən maliyyələşdirmə əməliyyatları üzrə faiz dərəcəsi, marja kredit xətti və depozit xətti üzrə faiz dərəcələri müvafiq olaraq 0,5 %-ə, 0,75 %-ə və 0,00 %-ə qədər artırılacaq”.