​"Əgər Türkiyəyə qarşı başladılan kampaniyanın arxasında İran varsa..." - Politoloqdan AÇIQLAMA

​
17:18 21.07.2022
385 Ölkə
A- A+

“Bu hadisə Türkiyəni daha bir skandala məruz qoymaq üçün hazırlanan bir oyundur. Çox gözəl düşünülüb. Hadisədən sonra gedişat göstərir ki, bu hadisə öncədən çox incə detallarına qədər hazırlanıb. Uşaqların ölümü ilə bağlı xəbər tirajlanır, hətta onları türk əsgərlərinin öldürüb, öldürmədiyi  də bəlli deyil. Daha sonra bütün mətbuat, sosial media bunu yayır. Bağdadda türk bayraqları yandırılır. Türk səfirliyi qarşısında etirazlar olur, bütün ölkəyə yayılır və bütün dünyaya Türkiyə sanki uşaqları öldürürmüş kimi kampaniya başladılır”.

Nezarettv.Az bildirir ki, bu sözləri İraqda Türkiyəyə qarşı baş verənləri saytımıza şərh edən politoloq Turab Rzayev bildirib. O, həmçinin qeyd edib:

“Ərdoğan da üçtərəfli görüşdə də bildirdi ki, o Suriyaya müdaxilə edəcək və 30 km hədəfindən geri çəkilməyib. İndi burada bu 3 ölkə birgə münasibət sərgilədikdən sonra daha çox İrana yaxınlığı ilə bilinən şiə qruplar, silahlı dəstələr Türkiyənin mövqelərini hədəfə alır və Türkiyəyə qarşı müqavimət göstərir. Halbuki, Türkiyə ordusu sadəcə PKK terrorçuları ilə müharibə aparır. Onda bu sual ortaya çıxır ki, bu şiə dəstələri bu göstərişi İrandan alır?

 

Əgər İran bu məsələnin içindədirsə, deməli İran türkiyənin Suriya bölgəsində olmasını istəmir. Üç dövlət birgə müttəfiq portreti yaratmağa çalışsa da, İran Türkiyənin əleyhinə addım atır. Burada Qərbin əli mütləq var, İranın əli var mı? Bu xüsusilə kritik sualdır. Çünki əgər İran Türkiyəyə xəyanət edirsə, onda üçlü Tehran görüşünün heç bir əhəmiyyəti qalmır”.

Xanım Cavanşirqızı / Nezarettv.Az