Məşhur aparıcı və İLK- medianın yaradıcısı İlkin Həsəni Bakı küçələrinin birində onun ailə üzvlərinə bir qadın tərəfindən edilən təhqirə görə DİN-ə sosial şəbəkə vasitəsilə video müraciət ünvanlayıb.
Nezarettv.Az xəbər verir ki, İlkin Həsəni hadisə baş verəndən sonra DİN-nin 102- xidmətinə iki dəfə müraciət və şikayət edib.
Lakin, hadisədən bir neçə ay keçdiyinə baxmayaraq, hələ də tədbir görülmədiyini əsas gətirərək, video müraciət ünvanlamaq qərarına gəldiyini vurğulayıb.
Qeyd edək ki, təhqir edən xanımın kimliyi, yaşadığı ünvanı və işlədiyi yer İlkinə məlumdur. O, etik səbəblərdən bu məlumatları video müraciətində açıqlamadığını bildirib.
Müraciəti təqdim edirik.