"Qəbələ" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"la (Macarıstan) ilk oyununu keçirir.
SÜLH.İNFO.az xəbər verir ki, "Sosto Arena"da oynanılan xoşagəlməz hadisə yaşanıb. Belə ki, "Qəbələ"nin futbolçusu İlkin Qırtımov ağır zədə alıb.
Rəqib oyunçu ilə toqquşmadan sonra müdafiəçinin dili qatlanıb.
Qeyd edək ki, hazırda matçda hesab 1:1-dir.
Qollar: Rafael Utziq, 16 (0:1), Kadro, 30 (1:1)
"Qəbələ" ilə "Fehervar" arasındakı cavab oyunu 1 həftə sonra Qəbələdə olacaq.