​Prokurorluq: "Ağdaş sakininin intihara cəhd etməsi ilə bağlı araşdırma aparılır"

​Prokurorluq:
23:30 21.07.2022
251 Hadisə
A- A+

Baş Prokurorluq Ağdaş sakininin intihara cəhd etməsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, II Vətən müharibəsi iştirakçısı 1987-ci il təvəllüdlü, Ağdaş rayon Nehrəxəlil kənd sakini Vüsal Məmmədovun dərman həbləri qəbul edərək intihara cəhd etməsi faktı ilə bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.