​Almaniya millisinin sabiq kapitanı vəfat edib

​Almaniya millisinin sabiq kapitanı
23:45 21.07.2022
234 İdman
A- A+

Futbol üzrə Almaniya millisinin sabiq kapitanı Uve Zeeler vəfat edib.

SÜLH.İNFO.az "Bild" nəşrinə istinadən xəbər verir ki, veteran hücumçu 85 yaşında dünyasını dəyişib.

O, futbolçu karyerası ərzində cəmi iki klubun - ölkəsində "Hamburq"un, İrlandiyada isə "Kork Seltik"in formasını geyinib. Zeeler 1953 - 1972-ci illərdə çıxış etdiyi Bundesliqa təmsilçisində 582 oyuna 496 qol vurub. Forvard 1978-ci ildə "Kork Seltik"də cəmi 1 görüşdə meydana çıxıb və dubl edib.

1954-ü ildən 1970-ci ilədək yığmanın şərəfini qoruyan Zeeler 72 qarşılaşmada 43 dəfə fərqlənib. O, 1966-cı il dünya çempionatının gümüş, 4 il sonrakı mundialın isə bürünc mükafatçısı olub.

Zeeler 1960-cı, 1964-cü və 1970-ci illərdə Almaniyada ilin futbolçusu seçilib.