​BMT baş katibi Türkiyəyə gedir

​BMT baş katibi Türkiyəyə
23:59 21.07.2022
240 Dünya
A- A+

BMT baş katibi Antoniu Quterreş Türkiyəyə gedir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq jurnalistlərə açıqlamasında deyib.

Sözçü bildirib ki, baş katib Ukraynanın ərzaq məhsullarına, Rusiya ərzaq və gübrələrinə tam qlobal çıxışı təmin etmək səyləri çərçivəsində bu axşam Türkiyəyə səfər edəcək.