​Media nümayəndələrinin Şuşaya səfəri başladı - FOTO

​Media nümayəndələrinin Şuşaya səfəri başladı -
10:00 22.07.2022
433 Layihə
A- A+

Beynəlxalq Media Forumda iştirak məqsədilə Azərbaycana gələn nümayəndə heyətinin işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri başlayıb.

SÜLH.İNFO.az xəbər verir ki, 20-dək ölkədən olan xarici media nümayəndələri və ekspertlərdən ibarət heyəti daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib.

Beynəlxalq Media Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın da media nümayəndələri, ekspertləri və rəsmiləri var.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Füzuli Beynəlxalq Hava Limanında qaziləri qarşılayıb.

Qeyd: Beynəlxalq Media Forumu Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilir.