​Dani Alvesin yeni klubu məlum oldu

​Dani Alvesin yeni klubu
10:30 22.07.2022
219 İdman
A- A+

Braziliyalı müdafiəçi Dani Alves Meksikanın "Pumas" futbol klubuna pulsuz transfer olunub.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti bildirib.

Müqavilənin şərtləri barədə məlumat verilməyib. D.Alves 2008-2016-cı illərdə, həmçinin 2021-ci ilin noyabrından 2022-ci ilin iyun ayına kimi "Barselona"da çıxış edib. İyunun 15-də futbolçu İspaniya klubu ilə ayrılıb.

O, müxtəlif vaxtlarda Braziliyanın “Baya”, İspaniyanın “Sevilya”, İtaliyanın “Yuventus” və Fransanın PSJ klublarında da çıxış edib. Müdafiəçi 43 kubokla tarixin ən titullu futbolçusu sayılır.