İraqın Mədəniyyət Nazirliyi 2003-cü ildə devrilmiş Səddam Hüseynin Babildə tikdirdiyi boş qalan sarayın muzeyə çevriləcəyini açıqlayıb.
Nezarettv.Az bildirir ki, İraqın Mədəniyyət naziri Həsən Nazimin verdiyi göstərişə əsasən, paytaxt Bağdadın cənubunda yerləşən tarixi Babil şəhərindəki Səddam sarayı və ya Babil sarayının tarixi quruluşuna uyğun yenidən tikiləcəyi bildirib.
Nazirliyə bağlı Konfrans Sarayının direktoru Sabah əl-Hesnəvi İraq mətbuatına verdiyi açıqlamada nazirlik heyətinin Babil valisi Əli Vaad Əllavi ilə görüşdüyünü və sarayın muzeyə çevrilməsi ilə bağlı müzakirələr apardığını bildirib. Uzun illər baxımsızlıq nəticəsində sarayın zədələndiyini bildirən əl-Hesnəvi, Səddam Sarayının bərpası üçün Nazirlik və Qubernatorluq arasında qədim tarixi əsərlərin sərgilənəcəyi muzeyə çevrilməsi üçün razılaşma əldə edildiyini bildirib. .
Saray 4000 illik tarixi olan qədim Babil şəhərinin mərkəzində, Fərat çayı yaxınlığında, 90-cı illərdə süni təpə üzərində 4 il ərzində inşa edilib. ABŞ-ın İraqa müdaxiləsi ilə ABŞ qüvvələri 2003-cü ildən 2011-ci ilə qədər sarayı qərargah kimi istifadə ediblər.