​Britaniya səfiri Azərbaycan jurnalistlərini təbrik etdi

​Britaniya səfiri Azərbaycan jurnalistlərini
12:00 22.07.2022
228 Sosial
A- A+

Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan jurnalistlərini təbrik edib.

SÜLH.İNFO.az xəbər verir ki, o, bu barədə Tvitter səhifəsində yazıb.

“Bütün jurnalist dostlarımı Milli Mətbuat Günü ilə bağlı təbrik edirəm. Dünən biz görüşüb onların işi və gələcək planları haqqında maraqlı söhbət etdik”, - paylaşımda bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür. 147 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin rəhbərliyi altında “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.