“Pensiyaların orta aylıq məbləği 11 faizədək artaraq 364 manata, yaşa görə orta aylıq pensiya isə 10,2% artaraq 395 manata çatıb”.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclasında bildirilib.
Məlumata görə, son 6 ayda Vətən müharibəsi veteranlarına Prezidentin aylıq təqaüdlərinin proaktiv qaydada təyinatı proqramı da uğurla icra edilərək ödənişləri tam həyata keçirilib:“40 min ailəni və ya 173 min nəfəri əhatə edən ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği də 35 faiz artaraq 347 manata çatıb”./margin.az/