​Parisdə muzeydən tarixi əsərlər oğurlandı

​Parisdə muzeydən tarixi əsərlər
14:30 22.07.2022
245 Ölkə
A- A+

Fransanın paytaxtı Parisdəki hərbi muzeydə top, rəsm və sikkələrdən ibarət çoxlu sayda əsər yoxa çıxıb.

SÜLH.İNFO.az xarici  KİV-ə istinadən xəbər verir ki, hakimiyyət "mədəni sərvətlərin oğurlandığını" elan edib. 

Belə ki, Parisdəki muzeydən 19-cu əsrə aid iki Krupp topu yoxa çıxıb.

Parisdəki hərbi muzey Napoleonun məzarı da daxil olmaqla 7 bölmədən ibarətdir. Muzeydə 500 min eksponat var ki, onlardan 25 mini anbardadır.