​Bağlı qalan 12 ağır cinayətin üstü açıldı

​Bağlı qalan 12 ağır
17:00 22.07.2022
229 Toplum
A- A+

Bu ilin 6 ayı ərzində əvvəlki illərdən bağlı qalmış 12 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, 2022-ci ilin birinci yarımilində prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 12 qəsdən adam öldürmə cinayətin üstünün açılması təmin edilib.

Onlardan 8-i baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, digərləri üzrə isə istintaq tədbirləri davam etdirilir.