​Azərbaycanda vergi ödəyicilərinin sayı 7 % artıb

​Azərbaycanda vergi ödəyicilərinin sayı
19:15 22.07.2022
A- A+

Bu il iyulun 1-nə Azərbaycanda 1 363 776 vergi ödəyicisi olub.

Bu barədə SÜLH.İNFO.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 7,3% çoxdur.

Vergi ödəyicilərinin 87,6 %-i fiziki şəxslər, 12,4 %-i isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edib. Son 1 ildə fərdi sahibkarların sayı 7,1%, şirkətlərin sayı isə 8,6% artıb.