Türkiyənin məşhur gənc reperi Çakal (Emirhan Çakal) silahlı hücuma məruz qalıb.
Bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.
Reper bildirib ki, hadisə ötən gün naməlum şəxslər tərəfindən Didim konsertindən sonra baş tutub.
“Həmişəki kimi səhnədən sonra otelə gedirdik. Üzləri maskalı şəxslərin hücumuna məruz qaldıq. Biz maşından düşəndə havaya atəş açdılar, sonra avtomobilə daxil olmağa çalışdılar. Biz həmin şəxslərin hücumunun qarşısını aldıq. Hadisə ilə bağlı polisə məlumat verdik. Lakin heç kimdən şikayətçi olmamışıq. Çünki onların kim olduqlarını bilmirik. Sadəcə bilin ki, mən və dostlarım yaxşıyıq”, - deyə Çakal qeyd edib.
Sözügedən paylaşımı təqdim edirik: