​Avtomobil traktora çırpılıb, xəsarət alanlar var

​Avtomobil traktora çırpılıb,
23:59 22.07.2022
247 Hadisə
A- A+

Yevlaxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə rayonun Cırdaxan kəndində qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq qarşıda gedən traktorun arxasına çırpılması nəticəsində, Yevlax rayon sakinləri, 2000-ci il təvəllüdlü M.Tağızadə, onun həmyaşıdı M.Şirinov və 1995-ci il təvəllüdlü S.Məmmədov xəsarət alıblar.

Hər üçü xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.