İsrail Hərbi Hava Qüvvələri (HHQ) Suriyanın paytaxtı Dəməşq yaxınlığında hərbi obyektlərə aviazərbələr endirib.
Nezarettv.Az bildirir ki, məlumata əsasən aviazərbələr nəticəsində ümumilikdə 8 nəfər həlak olub. Aviazərbələr, həmçinin Dəməşqin Sayeda-Zeynab rayonunda yerləşən və İrana məxsus olduğu bildirilən pilotsuz uçuş aparatı istehsalı üzrə müəssisəyə də endirilib.
Zərbə nəticəsində İrana məxsus olan silah anbarı tamamilə məhv edilib. (Qafqazinfo)