​Avtomobil piyadanı vuraraq öldürüb

​Avtomobil piyadanı vuraraq
11:15 23.07.2022
212 Hadisə
A- A+

Bərdədə avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə SÜLH.İNFO.az-a Daxili İşlər Nazirliyindən məlumata verilib.

Bildirilib ki, iyulun 22-də saat 23 radələrində Bərdə rayonunun Cəyirli kəndi ərazisində rayon sakini R.İsmayılzadə idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yolun kənarında dayanmış 30-35 yaşlı qadını vurub. Nəticədə xəstəxanaya aparılan qadın orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.